Taxta lakı və taxta lakının özəllikləri
Taxta Lakı Nədir?
Taxta lakı təmir işlərində geniş istifadə olunan bir vasitədir.Taxta lakı günümüzdə daha çox yerə döşənmiş taxtalar (parket) üçün geniş isdifadə olunur. Bu lak növü taxtanı mühavizə edir və bununla yanaşı daha hamar,parlaq və yeni görünməsini təmin edir.Taxta lakları materialların dayanıqlılığını artırır və onu qoruyur.Taxta lakı səthin üzərinə çəkildikdən sonra taxta lakının qurumasını gözləmək lazımdır. Daha gözəl nəticə almaq üçün taxta lakını taxtanın üzərinə 2 vəya daha artıq dəfə çəkmək olar.
Taxta laklarınan xüsusilə ev təmir işlərində çox geniş istifadə olunur.Ümumiyyətlə, taxta lakı, işləmək üçün populyar və əlverişli olan bir tikinti materialıdır. İstehsal formasına və istifadə məqsədə uyğun olaraq fərqlənir və bir çox mənzillər, ofis binaları və sakin evlər daxil olmaqla bir çox tikili üçün yaygındır.
Taxta lakı keyfiyyət və davamlılıq baxımından üstün olduğundan günü günnən istifadəsi dahada çoxalır.Taxta lakının davamlılığı bir tərəfdəndə taxtanın keyfiyyətindən də asılıdır.Lakın taxta üzərinə yayılmasından əvvəl taxtanın səthinin hamarlanması və təmizlənməsi vacibdir.Əlavə olaraq, taxta lakının bəzən estetik xüsusiyyətləri də göz önündə tutulur. Öz əsəri ilə məşhur olan bir çox sənətçilər, taxta lakını incə bəzəyib, ona xüsusi dekor və rənglər əlavə edərək gözəl sənət əsərləri yaradırlar.
Sizlərə münasib qiymətə taxta lakı məhsulları təqdim edirik.
Taxta lakınnan necə istifadə etmək olar?
Taxta lakını taxta üzərinə çəkmək üçün düzgün istifadə ardıcıllığına riayət eləmək lazımdır.
- Düzgün və keyfiyyətli taxta lakı seçdiyinizdən əmin olun. Keyfiyyətsiz lak qısa zamanda sıradan çıxa yaxud isdədiyiniz görüntünü sizə vermiyə bilər.
- Lak vurulacaq taxtanın səthinin təmizliyinnən əmin olun. Lak vurmazdan əvvəl taxtanın səthini təmizləyin
- Taxta lakını taxtanın səthinə tam olaraq yayın. Lak vurulmuş hissələrə toxunmamağa diqqət edin.
- Lakı tamamən vurub bitirdikdən sonra lakın tamamən qurumağını gözləyin. Taxta lakı 24-48 saat ərzində tamamən quruyur. Lakın quruma müddəti mühitin rütubəti və istiliyinnən aslı olaraq dəyişə bilər.Yalnız tamamən quruduğunnan əmin olduqdan sonra taxtadan istifadə edin.
Taxta lakının əhəmiyyəti
Taxta lakının bir sıra əhəmiyyətli tərəfləri mövcuddur.
- Estetik görünüş- Taxta lakı materialın üzərinə çəkilərək unikal bir görünüş yaradır
- Dayanıqlılıq- Taxta lakı taxtanın dayanıqlılığını artırır və onu mühavizə edir.Bu taxta materiaının müxtəlif təsirlərə qarşı dayanıqlı olmasını təmin edir.
- İzolasiya- Taxta lakı mərkəzi istilik və səs izolasiyasını təmin edir.Bu iç məkanlada səs səviyyəsini azaldır və istiliyi saxlamağa kömək edir.
- Dekorasiya- Taxta lakı mərkəzi və iç dəhlizlərində ev və bağ təmirlərində və digər məkanlarda dekorativ məqsədlərlə istifadə olunur.Bu məkanın cazibəsini artırır.
Taxta lakının istifadəsi zamanı diqqət edilməli nüanslar.
Taxta lakınnan istifadə zamanı təhlükəsizlik və uzunömürlülük baxımınnan bəzi nüanslara diiqət yetirmək vacibdir.
- Kəskin qoxu- Taxta lakının taxta materialın üzərinə yayıldıqdan sonra tam olaraq quruyanadək kəskin qoxu müşahidə olunur. Ona görə də lak çəkilmiş ərazidən lak quruyana kimi uzaq durmaq məsləhətdir.
- Təmir dərəcəsi- Taxta lakı zədə gördüyü zaman yenidən restovrasiyası çətindir.Bu səbəbdən taxta lakının zədələnməməsinə diqqət yetirmək vacibdir.
- Təmizlənmə çətinlikləri- Taxta lakı müəyyən bir təmizlənmə,baxım tələb edir.Həmçinin taxta lakı qıraq bir səthə yayılanda qıraq səthdən lakın təmizlənmə prosesi çox çətindir. Ona görə də taxta lakınnan istifadədə lakın kənara yayılmamasına özən göstərmək lazımdır.
- Təhlükəsizlik- Taxta lakı ilə işləmə zamanı təhlükəsizlik üşün uyğun tədbirlər görməlisiniz.Təhlükəsizlik eynəyi,maska və əlcək istifadə etməyiniz məsləhətdir.
- Ventilyasiya-Taxta lakı ilə işləyən zaman ventilyasiya etmək lazımdır.Hərəkətsiz havada taxta lakınnan istifadə sizdə baş ağrı və digər problemlərə yol aça bilər.
- Təmizlik və baxım- Taxta lakı işləmədən əvvəl və sonra təmizlik və baxım prosesi düzgün şəkildə yerinə yetirilməlidi. Bu uzunömürlülüyü təmin etmək üçün çox vacibdir.
- Uyğun tətbiq- Taxta lakı doğru məhsul və tətbiq metodu ilə istifadə edilməlidir.Mümkün olduqca məhsulun istifadə təlimatlarına riayət edin.
Taxta laklarının növləri
Taxta lakının bir neçə növləri mövcuddur və bu növlər tərkibinə və istifadə sahəsinə görə bir birindən fərqlənir
Parket lakları
Parket lakları, parket döşəmə materialının qorunması, estetik görkəm və uzun ömürlülüyünün təmin edilməsi üçün istifadə olunan məhsuldur. Bu laklar, parket döşəmələrinin üzərinə tətbiq edilir və onların səthini qoruyaraq zədələnməyə və istismara qarşı müdafiə edir. Köhnəlmiş parketin üzərinə çəkilərək parketə yeni görkəm verir və parketin görkəmini gözəlləşdirir.
Preslənmiş taxta lakları
Preslənmiş taxta lakları, pres prosesində sıxılmış və məhlulları tərtib edilmiş tikinti materialının səthini qorumaq və gözəlləşdirmək üçün istifadə olunan məhsuldur. Bu laklar, preslənmiş taxta daxili və xarici döşəmələr, divarlar, döşəmələr, kabinetlər və s. kimi bir çox məqsədlər üçün istifadə oluna bilər.
Preslənmiş taxta lakları 2 cür olur:
- Su Bazalı Preslənmiş Taxta Lakları: Bu laklar su əsaslıdır və quruma müddəti qısadır. Onlar dayanıqlılıq və təmizləmənin asanlığı ilə seçilir.
- Yağ Bazalı Preslənmiş Taxta Lakları: Bu laklar yağ əsaslıdır və daha uzun quruma müddəti vardır. Onlar preslənmiş taxta dərin və doyğun bir bitiş verir və onun doğal görünüşünü qoruyaraq dayanıqlılığını artırır.
Laminat taxta lakları
Laminat taxta lakları, laminat döşəmə materialının üzərini qorumaq, gözəlləşdirmək və dayanıqlılığını artırmaq üçün istifadə olunan laklardır. Bu laklar laminat döşəmələrinin səthində cızılmaların qarşısını almaq və rəngin solmasını qarşılamada effektiv bir şəkildə müdafiə edir.
Laminat taxta laklarının bəzi növləri mövcuddur.
- Su Bazalı Laminat Taxta Lakları: Bu laklar, su əsaslıdır və laminat döşəmələrinin səthinə tətbiq olunur. Onlar təzə su ilə asanlıqla incəldilir və dayanıqlı bir qoruyucu qat təşkil edir.
- Yağ Bazalı Laminat Taxta Lakları: Bu növ laklar yağ əsaslıdır və laminat döşəmələrinin səthinə daxil edilir. Yağ bazalı laklar yüksək səviyyədə dayanıqlılıq və suya davamlılıq təmin edir.
- Mat Laminat Taxta Lakları: Mat laminat taxta lakları döşəmənin üzərində parlaqlığı azaltmaq və təbii görünüşü qorumaq üçün istifadə olunur. Onlar, laminat döşəmələrinin səthini qoruyaraq istismara qarşı müdafiə edir.
- Parlaq Laminat Taxta Lakları: Parlaq laminat taxta lakları, döşəmənin üzərində yüksək səviyyədə parlaqlığı olan laklardır. Onlar döşəmənin estetik görünüşünü artırmaq və gözəlləşdirmək üçün istifadə olunur.
Laminat taxta lakları, döşəmə materialının ömrünü uzatmaq, gözəlləşdirmək və dayanıqlılığını artırmaq üçün əhəmiyyətli bir rol oynayır. Müxtəlif növləri və xüsusiyyətləri ilə istifadəçilərə geniş bir seçim təqdim edir və məkanın tələblərinə uyğun seçim etmək imkanı verir.
Taxta lakları ilə bağlı tez-tez verilən suallar
Taxta lakları ilə bağlı tez-tez verilən sualları sizə təqdim edirik.
Taxta laklarının müəyyən bir ömrü varmı?
Cavab:Taxta laklarının yayılma və çatlama problemlərinnən ötəri istifadə etdiyiniz taxta lakının qorunmasına diqqət edərək lakın uzunömürlülüyünü artıra bilərsiniz.Həmçinin istifadə etdiyiniz taxta lakının keyfiyyətli markanın məhsulu olmasıda önəmli faktorlardan biridir.
Taxta lakları necə təmizlənir?
Cavab:Taxta laklarının təmizlənməsi zamanı ilıq sudan istifadə etmək lazımdır.Həmçinin təmizləmə aparılarkən yumşaq pambıq materiallı dəsmaldan istifadə etymək məqsədə uyğundur.
İstifadə olunacaq taxta lakının miqdarı necə müəyyən olunur?
Cavab:İstifadə olunacaq taxta lakının miqdarı taxta lakının vurulacağı sahənin ölçüsünnən aslıdır.Əgər taxta lakı bir yox bir neçə qat çəkiləcəksə istifadə olunan taxta lakının miqdarı artır.
Taxta lakının quruması prosesi necə gedir?
Cavab: Taxta lakı səthə yayıldıqdan sonra quruması prosesi gec baş tutur.Lakın quruması lakın vurulduğu mühitdən aslı olaraq dəyişir.Mühitin havalanması nə qədər yüksək olarsa lak bir o qədər tez quruyar.Ümumilikdə lakın quruması 24-48 saat arası nəzərdə tutulur.