MAT YUYULA BİLƏN SU ƏSASLI BOYA IAQ A+, C.A.M., 100% formaldehidsiz
Yüksək keyfiyyətli, yuyula bilən divar boyasıdır. Güclü örtücülük qabiliyyəti, yüksək ağlıq dərəcəsi və qənaətli sərfiyyatı ilə seçilir. Asan tətbiq olunur və sürtünməyə qarşı yüksək davamlılığa malikdir.
Tətbiqdən sonra yumşaq və dolğun rəng tonlarına malik yuyula bilən mat səth yaradır. Suvaq səthindəki xırda qüsurları effektiv şəkildə gizlədərək hamar və estetik görünüş təmin edir.
Colorstorm öz sahəsində Italiyanın, Türkiyənin və İsrailin ən böyük və aparıcı boya şirkətlərinin Azərbaycanda etibarlı tərəfdaşıdır.