Metallik qum effektli dekorativ boya daxili məkanlarda istifadə üçün nəzərdə tutulmuşdur. Məhsul asan tətbiq olunur və sapı olmayan xüsusi fırça ilə qeyri-müntəzəm yarımdairəvi hərəkətlərlə səthə çəkilir.
Tətbiqdən sonra divarlar rəng baxımından vahid görünür, lakin işığın xüsusi əks olunması və səthdə qum hissəciklərinin qeyri-bərabər yerləşməsi dekorativ görünüşə canlılıq və dərinlik qazandırır.
Yaranan qum effekti səthdə daha hamar sahələrlə daha kobud sahələrin növbələşməsini təmin edir. Qum teksturasının daha sıx olduğu hissələrdə metalik əkslər daha aydın və nəzərəçarpan olur.
Colorstorm öz sahəsində Italiyanın, Türkiyənin və İsrailin ən böyük və aparıcı boya şirkətlərinin Azərbaycanda etibarlı tərəfdaşıdır.