Stucco Antico daxili və xarici səthlər üçün nəzərdə tutulmuş, uzun müddət yetişdirilmiş sönmüş əhəng əsasında hazırlanmış, nəfəsalan dekorativ divar örtüyüdür.
Məhsul adətən küncləri yumru paslanmayan polad mala ilə üç qat tətbiq olunur. Düzgün işlənmiş səthdə İtaliya ənənəsində “Stucco Veneziano” kimi tanınan parlaq və hamar dekorativ effekt əldə etmək mümkündür.
Stucco Antico yüksək doldurma və özünü hamarlama qabiliyyətinə malikdir. Məhsul möhkəmliyi, rahat tətbiqi və əhəng əsaslı örtüklərə xas yüksək buxar keçiriciliyi ilə seçilir. Səth çirki az saxlayır, həmçinin kif və bakteriyaların təsirinə qarşı davamlıdır.
Geniş rəng seçimi sayəsində Stucco Antico ilə müxtəlif zərif və klassik dekorativ effektlər yaratmaq mümkündür.
Colorstorm öz sahəsində Italiyanın, Türkiyənin və İsrailin ən böyük və aparıcı boya şirkətlərinin Azərbaycanda etibarlı tərəfdaşıdır.